ABŞ Ukraynaya verdiyi silahların istifadəsinə nəzarət etməkdə çətinlik çəkirbackend

ABŞ Ukraynaya verdiyi silahların istifadəsinə nəzarət etməkdə çətinlik çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynanın aldığı silahların istifadəsinə nəzarət etmək üçün səylər göstərir, lakin onun imkanları məhduddur.

Editor.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. Bununla belə, o, Pentaqonun bu sahədə “bəzi təkmilləşdirmələr etdiyini” iddia edir. Kirbinin sözlərinə görə, ABŞ rəsmiləri Kiyevə verilən “silahların son istifadəsi ilə bağlı cavabdehliyi yaxşılaşdırmaq” üçün aylardır işləyirlər.

Bununla belə, rəsmi Vaşinqtonun imkanlarının “aktiv döyüşlərlə bağlı hallar” səbəbindən məhdud olduğunu açıqlayıb. Con Kirbi onu da əlavə edib ki, ABŞ-ın Kiyevdəki səfirliyində kifayət qədər işçi yoxdur.

Qeyd edək ki, Pentaqonun baş müfəttişi Robert Ştorçun hesabatında deyilir ki, amerikalı rəsmilər Ukrayna ordusuna silah tədarükünə lazımi nəzarəti həyata keçirməyiblər. Sənəddə Amerika silahlarının Polşadakı hərbi logistika mərkəzinə çatdıqdan sonra təyinatı üzrə istifadə edildiyinə dair sübut təqdim edilmir.

Müfəttişin sözlərinə görə, hesabata daxil edilən 39 min silahdan təxminən 1 milyard dollar dəyərində olan silahlar hələ də qeydiyyatsız qalıb.

//Samir Qurbanov, Editor.az