ABŞ Ukraynaya yardım proqramını dayandırdıbackend

ABŞ Ukraynaya yardım proqramını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp ABŞ-ın digər ölkələrə etdiyi bütün yardım proqramlarını üç ay müddətinə dayandıracaq fərman verib.

Editor.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb. Bu müddət ərzində yardımın göstərilməsinin yeni administrasiyanın siyasət məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılacaq. “Birləşmiş Ştatların xarici yardımı Birləşmiş Ştatlar Prezidentinin xarici siyasətinə tam uyğun gəlməyəcək şəkildə verilməyəcək” – prezident bildirib.

Agentlik onu da qeyd edir ki, Ukraynaya dəstək kimi xüsusi hallar istisna olmaqla, bütövlükdə ABŞ-dan xarici yardım büdcənin 1%-dən çoxunu təşkil etməyib.

//Samir Qurbanov, Editor.az