ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır: Yardım paketinə nələr daxildir?backend

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır: Yardım paketinə nələr daxildir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır. Bunun martda ayrılan 300 milyon dollarlıq paketdən xeyli böyük olacağı gözlənilir.

Editor.az bildirir ki, bu barədə “Politico” Amerika rəsmilərinə istinadən yazıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, onun tərkibinə zirehli texnika və “Bradley” piyadalarının döyüş maşınları daxil olacaq.

“Politico”nun məlumatına görə, ABŞ bu paket çərçivəsində HMWWV (Humvee) hərbi çoxməqsədli maşınları, M113 zirehli transportyorları, həmçinin artilleriya və hava hücumundan müdafiə mərmilərini də Ukraynaya ötürməyi planlaşdırır. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, yeni paket “Ukraynanın döyüş meydanındakı ehtiyaclarını ödəyə” biləcək. Rəsmilər paket çərçivəsində tədarüklərin ABŞ prezidenti Co Baydenin 61 milyard dollarlıq Ukraynaya yardım qanununu imzalamasından dərhal sonra başlayacağını gözləyir.

Xatırladaq ki, aprelin 20-də Konqresin aşağı palatası hərtərəfli qanun layihəsi çərçivəsində Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib.

//Samir Qurbanov, Editor.az