ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaqbackend

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Kirbi paytaxta səfər edəcək ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şoltsun Ukraynanın önümüzdəki aylarda ehtiyac duyduğu yeni yardımı müzakirə edəcəklərini qeyd edib.

Bundan əlavə sözçü, ABŞ-ın Ukraynaya “HIMARS” və artilleriya sistemləri üçün lazımi sursat da daxil olmaqla, yeni bir yardım paketi açıqlayacağını vurğulasa da yardımın təfərrüatları haqqında məlumat verməyib. O, həmçinin xarici işlər naziri Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Yeni Dehlidə G20 toplantısı çərçivəsində keçirilən görüşə də toxunub. Koordinator Kirbi bildirib ki, Blinken görüşdə üç mühüm məsələni çatdırıb. Birincisi, Rusiyanın “Yeni START” nüvə sazişindən çıxmaması, ikincisi, Moskvanın ABŞ vətəndaşı məhbus Paul Vhelan-ı azad etmək tələbini irəli sürməsi və üçüncüsü isə Ukraynaya dəstəklərinin davam edəcəyi mesajını verib.

//Safura Bənnayeva, Editor.az