ABŞ Ukraynaya yeni Patriot sistemlərini təhvil verəcəkbackend

ABŞ Ukraynaya yeni Patriot sistemlərini təhvil verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə raket sistemləri göndərəcəyini bildirib.

Editor.az xəbər verir ki, Ağ Ev rəhbəri hava hücumundan müdafiə sistemlərinin Ukraynanı qorumaq üçün zəruri olduğunu vurğulayıb. O, Rusiya prezidenti Vladimir Putinin çox gözəl danışdığını, amma axşam hamını bombaladığını deyib.

Tramp Kiyevə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin əlavə edib ki, Avropa İttifaqı onların xərclərini ABŞ-a ödəyəcək.

Qeyd edək ki, Tramp son vaxtlar Rusiyaya qarşı ritorikasını kəskinləşdirib. Xüsusilə iyulun 8-də Ağ Ev rəhbəri Putindən “çoxlu cəfəngiyatlar” eşitdiyini iddia edib.

Rusiya prezidenti Dmitri Peskovun mətbuat katibi Kremlin məsələ ilə bağlı kifayət qədər sakit davrandığını bəyan edərək, Amerika liderinin çıxışlarında adətən sərt tondan istifadə etdiyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az