ABŞ Ukraynaya yeni və ucuz kamikadze dronlar verir-FOTObackend

ABŞ Ukraynaya yeni və ucuz kamikadze dronlar verir-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya 100-dən çox taktiki pilotsuz aviasiya sistemləri bəxş edəcək.

Bu barədə “Politico” saytı məlumat yayıb.

ABŞ telekanallarının informasiyasına əsasən, söhbət “Switchblade 300” və “Switchblade 600” tipli kamikadze dronlardan gedir.

“Switchblade” PUA-ları paytaxt Vaşinqtonun kənarında yerləşən “AeroVironment” şirkəti tərəfindən istehsal olunur. Şirkətin ən böyük sifarişçisi ABŞ Hərbi-Hava Qüvvələrinin Xüsusi əmliyyatlar komandanlığıdır.

Biz Ukrayna xalqını və bütün NATO ölkələrini dəstəkləyirik. Ukrayna və Şərqi Avropadakı müttəfiqlərimizin Rusiya ordusuna qalib gəlməsi üçün yeni texnologiyalara ehtiyacı var”,-deyə firmanın saytında bildirilir.

“Switchblade” əslində kameralar, hədəf sistemləri və döyüş başlığı ilə təchiz edilmiş robotlaşdırılmış ağıllı bombalardır. Onlar kilometrlərlə uzaqda olan obyektlərə müstəqil şəkildə hücum etmək üçün proqramlaşdırılıb. Bu dronlar zərbə üçün doğru an gələnə qədər hədəflərin ətrafında fırlana bilirlər.

Birdəfəlik istifadə oluna bilən silah olduğu üçün, onlara “kamikadze dron” ləqəbi verilib. “Switchblade 300” bir çox pilotsuz təyyarələrdən xeyli ucuz başa gəlir.

Bir ədəd “Switchblade 300”ün qiyməti cəmi 6000 dollardır.

Hədəfə doğru yönəldikdə “Switchblade” minaatan qurğu vasitəsilə işə salındıqdan sonra qanadları açılır və kiçik qanadlı raketə çevrilir. PUA 10 km-ə qədər məsafədən idarə oluna və 10 dəqiqəyə qədər havada qala bilir.

İstehsalçı şirkətin məlumatına əsasən, daha modern variant sayıılan “Switchblade 600” 40 dəqiqə havada qalaraq 40 kilometr uzaqdakı hədəfə hücum etməyi bacarır. Hücumun sürəti saatda 185 kilometrdir. Onun döyüş başlığı əsasən zirehli texnikaları məhv etmək üçündür.

Musavat.com

a1c00ade-a998-49b4-a589-eb81d9cfef03.jpg (17 KB)