ABŞ Ukraynaya yeni yardım paketini təsdiqləyibbackend

ABŞ Ukraynaya yeni yardım paketini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollarlıq yeni yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Editor.az xarici mediaya istinadən bildirir ki, səsvermədə qanun layihəsi 311 “hə” və 117 “xeyr” səsi ilə təsdiq edilib.
Pentaqonun 2024-cü il büdcəsinə Ukraynaya yardımın daxil edilməsi respublikaçılarla demokratlar arasında gərginliyə səbəb olub.
Parlament Xarici İşlər Nazirliyinin büdcəsini də təsdiqləyib.
ABŞ hökuməti Respublikaçılar və Demokratlar arasında büdcə mübahisəsinə görə bağlanmaq təhlükəsi ilə üzləşib.

Safura Bənnayeva/Editor.az