ABŞ uşaq alimentini ödəməyənlərin pasportlarını ləğv edəcəkbackend

ABŞ uşaq alimentini ödəməyənlərin pasportlarını ləğv edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti mayın 8-dən etibarən uşaq alimenti borcunu ödəməkdə gecikən valideynlərin pasportlarını avtomatik şəkildə ləğv edəcək.

Editor.az Associated Press agentliyinin yaydığı məlumata görə xəbər verir ki, yeni qaydalara əsasən, 100 min dollar və ya daha artıq aliment borcu olan şəxslərin pasportları etibarsız sayılacaq. İlkin mərhələdə bu tədbirin təxminən 2700 ABŞ vətəndaşına təsir edəcəyi gözlənilir.

Məlumata görə, daha əvvəl Hesablama Palatası aliment ödənişlərinə nəzarətin gücləndirilməsini və icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsini təklif edib. Alimentlərin toplanması ilə bağlı əsas problemlərdən biri borcluların gizli gəlirləridir. Şəxs qeyri-rəsmi yollarla gəlir əldə etdikdə, həmin vəsaitin müsadirəsi mümkün olmur. Bu hal xüsusilə sərbəst fəaliyyət göstərən şəxslər, marketpleyslər, taksi xidmətləri və elektron pul kisələri vasitəsilə qazanc əldə edənlər üçün xarakterikdir.

Hesablama Palatası icra məmurlarına həftə sonları və gecə saatlarında da bu tip işlərlə məşğul olmaq, eləcə də borcluları izləmək səlahiyyətinin verilməsini təklif edir. Bununla yanaşı, aliment ödəməməyə görə tətbiq olunan cəzaların dəyişdirilməsi məsələsinə də baxılır. Hazırda tətbiq edilən cəzaların böyük hissəsi, təxminən 80 faizi, praktikada effektiv hesab olunmayan islah işlərindən ibarətdir.

// Gülnarə Abasova, Editor.az