ABŞ: Vaşinqton heç vaxt Ukraynanın qalib gəlməsini istəməyibbackend

ABŞ: Vaşinqton heç vaxt Ukraynanın qalib gəlməsini istəməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ heç vaxt Rusiya ilə münaqişədə Ukraynanın qələbəsini təmin etməyə çalışmayıb. Yəqin ki, yaxın gələcəkdə Amerika rəsmiləri Ukrayna rəhbərliyini rus siyasətçiləri ilə danışıqlar masasına oturmağa məcbur edəcəklər”.

Editor.az xəbər verir ki, bu fikri ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan birinci rütbəli kapitanı Harri Tabaç Politeka YouTube kanalına müsahibəsində bildirib. O qeyd edib ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası heç vaxt açıq şəkildə bəyan etməyib ki, bu münaqişədə məqsəd Ukraynanın qələbəsidir, onlar ölkənin müstəqilliyinin möhkəmləndirilməsindən danışsalar da lakin heç vaxt qələbədən danışmırlar.

Tabax hesab edir ki, Ukrayna diplomatik cəbhədə tam uğursuzluqla üzləşib və ukraynalıların hərəkətləri və bəyanatları bir çox ölkələrdə narazılığa səbəb olub. Kaptan təklif edib ki, Vaşinqton 2024-cü ilin sonunda Amerikada keçiriləcək prezident seçkilərindən əvvəl Kiyevi danışıqlar masasına oturmağa məcbur edəcək.

Qeyd edək ki, bu həftə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Ças Friman deyib ki, Qərbin Ukrayna münaqişəsindəki uğursuzluqları NATO-da parçalanmalara səbəb olub.

//Gülnarə Abasova, Editor.az