ABŞ və Almaniya Ukraynanın NATO-ya dəvət olunmasının əsas əleyhdarlarıdır, baxmayaraq ki, Şərqi Avropa ölkələri və İngiltərə bunda israrlıdır.
Editor.az bildirir ki, bu barədə “Foreign Policy” mənbələrə istinadən yazıb. Digər Qərb NATO-ya üzv ölkələr də buna qarşıdır.
Onlar hesab edirlər ki, Ukraynanı müharibə olduğu halda qəbul etmək olmaz ki, Alyansla Rusiya Federasiyası arasında işğal olunmuş Ukrayna əraziləri ilə bağlı münaqişə yaranmasın. Baxmayaraq ki, ümumiyyətlə uzunmüddətli perspektivdə qoşulmağı dəstəkləyirlər.
Fransanın Ukraynaya NATO müttəfiqi olmaq üçün rəsmi dəvət göndərməyə hazır olduğuna “inanılır”. Polşa, Çexiya və Baltikyanı ölkələr hesab edir ki, yalnız Ukraynanın NATO-ya üzvlüyü Rusiyanı işğalı ləngitməyə və müharibəni dayandırmağa inandıracaq.
Qoşulmanın digər tərəfdarları hesab edirlər ki, bu, daimi silah təchizatından daha ucuz başa gələcək. Lakin ABŞ müttəfiqlərindən Rusiya Federasiyasına Alyansın parçalanması barədə danışmağa imkan verməmək üçün Vaşinqtonda keçiriləcək yay sammitində bu mövzunu qabartmamağı xahiş edib. Nəşr yazır ki, Ukrayna dəvət alsa belə, bütün NATO ölkələrinin razılığı “illər çəkə bilər”.
//Samir Qurbanov, Editor.az

