Ukraynanın NATO-ya üzvlüyü “tələsik həll edilməli” məsələ deyil.
Editor.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də NBC News-a müsahibəsində bildirib. O qeyd edib ki, ABŞ və Qərb Alyansının digər üzvləri Ukraynanın üzv dövlət olmasını istəmirlər.
“Biz qərarlar qəbul edərkən, onlar haqqında düşünəndə hər zaman NATO-ya digər üzv dövlətlərin mövqeyini nəzərə alırıq, bu mümkün məsələləri danışıqlar masası arxasında müzakirə edirik və ona uyğun yekun qərarı veririk”, – Türkiyə prezidenti bildirib. O qeyd edib ki, Türkiyə Alyansın digər üzvlərinin də mövqeyini nəzərə alacaq, prosesləri və müzakirələri izləyəcək və bundan sonra yekun qərar verəcək. Ərdoğan əlavə edib ki, ölkəsi ilə Rusiya arasında münasibətlər “genişlənir”.
//Samir Qurbanov, Editor.az