ABŞ və Böyük Britaniya Yəməni vurmaqda davam edirbackend

ABŞ və Böyük Britaniya Yəməni vurmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə yenidən hücum edib.

“Al Mayadeen” telekanalının məlumatına görə, Yəmənin qərbindəki Hodeyda əyalətinə 11, ölkənin şimalındakı Saada əyalətinə isə 4 hava zərbəsi endirilib.

ABŞ Mərkəzi Komandanlığı daha sonra X sosial şəbəkəsində fevralın 4-də ABŞ ordusunun zərbələrinin həyata keçirdiyini yazıb. Bir hücum səhər saat 5:30-da başladı, yerdən atılan qanadlı raket məhv edilib. Daha sonra saat 10:30-dan daha dörd gəmi əleyhinə qanadlı raket məhv edilib.

Xatırladaq ki, ABŞ 2024-cü ilin yanvarından bəri Yəmənə dəfələrlə zərbələr endirib. Vaşinqton bunu Husilərin Qırmızı dənizdə ticarət və döyüş gəmilərinə davam edən hücumlarına cavab kimi izah edir. Husilər bununla da İsrailə qarşı müharibədə Fələstinin HƏMAS hərəkatını dəstəkləyirlər.

Fevralın 3-ü axşam saatlarında ABŞ və Britaniya silahlı qüvvələri Yəməndə 36 hədəfə zərbələr endirib. Hücum Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya və Yeni Zelandiyanın dəstəyi ilə həyata keçirilib.

//Samir Qurbanov, Editor.az