ABŞ və Böyük Britaniyadan Ukraynanın bombalanmasına reaksiyabackend

ABŞ və Böyük Britaniyadan Ukraynanın bombalanmasına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Bridcet Brink Rusiya Federasiyasının kütləvi raket zərbələrinə reaksiya verib.

Editor.az bildirir ki, Brink Twitter-də Rusiyanın zərbələrini daha bir qəddar hücum dalğası adlandırıb: “Düşüncələrimiz Kiyevdə və bütün Ukraynada həmkarlarımız, qonşularımız və dostlarımızladır”.

“Biz Rusiyanın mənasız hücumu qarşısında aylardır cəsarətli qalan ukraynalıların və Ukraynanı müdafiə etmək üçün ordunun yanında olmağa davam edəcəyik”, – ABŞ səfiri bildirib. Brinkin ardınca Ukraynaya qarşı zərbələri Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan şərh edib.

“Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı ən son raket zərbələrini kəskin şəkildə pisləyir və görünür ki, bu zərbələr Kiyevdə yaşayış binalarına və ölkənin digər obyektlərinə dəyib… Bizim düşüncələrimiz öz torpaqlarını müdafiə etməkdə, dözüm və cəsarət nümayiş etdirməkdə davam edən Ukrayna xalqının yanındadır.

Suverenlik və demokratiya “Birləşmiş Ştatlar və müttəfiqlərimiz Ukraynaya özünü müdafiə etmək üçün lazım olan hər şeylə, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə davam edəcək. Biz nə qədər lazım olarsa, o qədər Ukraynanın yanında olacağıq”, – Sullivan bəyanatında bildirib. Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons isə Twitter səhifəsində raket hücumlarını Rusiyanın Xersondan alçaldıcı şəkildə geri çəkilməsinə cavab adlandırıb.

  //Samir Qurbanov,Editor.az