ABŞ və Böyük Britaniyanın zərbələrindən sonra Yəmənin Səna şəhərində on minlərlə insan nümayiş keçiribbackend

ABŞ və Böyük Britaniyanın zərbələrindən sonra Yəmənin Səna şəhərində on minlərlə insan nümayiş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin husilərin nəzarətində olan hissəsinin paytaxtı Səna şəhərində on minlərlə insan nümayiş keçirib. Husi “Ənsar Allah” hərəkatının lideri Əbdülməlik əl-Husi vətəndaşları kütləvi şəkildə nümayişlərdə iştirak etməyə çağırıb.

Editor.az Livanın “Əl-Mayadin” telekanalına istinadən xəbər verir ki, insanlar ABŞ və Böyük Britaniyanın 12 yanvar gecəsi Husilərin hədəflərinə hücumunu pisləyib. Etirazçılar həmçinin Qəzza zolağının müdafiəsi üçün şüarlar səsləndiriblər.

Telekanal xəbər verir ki, nümayişlər digər şəhərlərdə də keçirilib. ABŞ Mərkəzi Komandanlığı daha əvvəl Yəməndə 16 məntəqədə 60 hədəfə zərbələr endirib. Husilər bildiriblər ki, hədəflərə 73 zərbə endirilib və nəticədə 5 əsgər ölüb.
ABŞ prezidenti Co Bayden bildirib ki, zərbələr 2023-cü ilin dekabrından Qırmızı dənizdə beynəlxalq gəmilərə artan hücumlara cavabdır. Bu, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında gedən müharibə fonunda baş verib.

HƏMAS-ı dəstəkləyən husilər İsraillə əlaqəli olduqları gəmiləri hədəfə alırlar.

//Samir Qurbanov, Editor.az