ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Yəmənin bir neçə şəhərində bəzi məntəqələrə hava zərbələri endirib.
Editor.az bu barədə Səudiyyə Ərəbistanının Alarabiya telekanalı mənbələrə istinadən xəbər verir. ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə qarşı hərbi əməliyyata başlayıb. AA-nın Yəməndəki yerli mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi nöqtələrə hava zərbələri endirib. Qərb mətbuatında yer alan xəbərə görə, hücumların təyyarə, gəmi, Tomaqavk raketləri və sualtı qayıqlarla edildiyi bildirilib.
Əməliyyatda İngiltərənin də iştirak etdiyi bildirilib.
//Gülnarə Abasova, Editor.az

