“ABŞ və Britaniya Rusiya ərazisinə zərbə endirməyə hazırlaşırdı” – Xazindən ŞOK AÇIQLAMAbackend

“ABŞ və Britaniya Rusiya ərazisinə zərbə endirməyə hazırlaşırdı” – Xazindən ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Rusiyaya qarşı təhlükəli hərbi təxribat planlaşdırıb”.

Editor.az konkret.az-a istinadən xəbər verir ki, bu fikiri rusiyalı iqtisadçı Mixail Xazin səsləndirib. O bildirib ki, Moskvanın Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyata başlamaq qərarı Qərbin planlarının qarşısını aldı və onların həyata keçirilməsini təxirə saldı. Xazin Vaşinqton və Londonun konkret olaraq nə planlaşdırdığını da açıqlayıb. Həmçinin ABŞ-ın, Rusiyanın üzə çıxarmalı olduğu məxfi məlumatları niyə istəmədiyini izah edib.

Onun sözlərinə görə, Rusiyanın xüsusi əməliyyata başlaması səbəbsiz deyil. Bu qərar Qərbin Rusiyaya qarşı yönəlmiş hərbi təxribatının qarşısını almaq üçün verilib. ABŞ və Böyük Britaniya Rusiya ərazisinə zərbə endirməyə hazırlaşırdı, lakin Moskva bu planları pozdu.

İqtisadçının sözlərinə görə, Moskva Qərbin Rusiyaya qarşı genişmiqyaslı hərbi təxribat törətməyi planlaşdırdığını sübuta yetirən mühüm sənədlər əldə edib. İndi bu məlumatlar Amerika və Britaniya hakimiyyətlərinə qarşı istifadə oluna bilər. ABŞ isə Rusiyanın üzə çıxarmalı olduğu gizli məlumatı istəmir.

“Şübhə yoxdur ki, bizdə tam məlumat var. Onların nə etdiklərini görürük. Bizdə bu məlumatların olduğunu Vaşinqtonda çox yaxşı bilirlər. Ona görə də, bu məlumatın üzə çıxmasını istəmirlər” – deyə Xazin fikirlərini yekunlaşdırıb.