ABŞ və Cənubi Koreyadan Şimali Koreyaya SƏRT REAKSİYAbackend

ABŞ və Cənubi Koreyadan Şimali Koreyaya SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın ardıcıl raket sınaqlarına ABŞ və Cənubi Koreyadan reaksiya gəlib. Cənubi Koreyanın paytaxtı Seul şəhərində ABŞ-ın Şimali Koreya üzrə nümayəndəsi Sunq Kim və Cənubi Koreyanın XİN-nin Koreya yarımadasının Sülh və Təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Noh Kyu Duk ilə görüşü baş tutub.

Editor.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, görüşdən dərhal sonra tərəflər bəyanatla çıxış ediblər.

“Şimali Koreyanın gərginliyi artıran fəaliyyətləri qarşılıqsız qalmayaca və öz məsuliyyətsiz hərəkətlərinə görə cavab verəcək”,- deyə bəyanatda bildirilib.

Görüş zamanı ABŞ rəsmisi Sunq Kim bildirib ki, Vaşinqton may ayında yeni seçilmiş prezident Yoon Suk-Yeol vəzifəyə gəldikdən sonra onun yeni komandası ilə işləməyi səbirsizliklə gözləyir.

Qeyd edək ki, dünən Şimali Koreya taktiki idarə olunan raketlərin sınaqdan keçirildiyini açıqlanıb. Sınaq Cənubi Koreya və ABŞ-ın birgə təlimindən əvvəl həyata keçirilib. Beləliklə, Şimali Koreya ilin əvvəlindən 13-cü raket sınağını həyata keçirib.

//Editor.az