ABŞ və Çin arasında yeni saziş layihəsi ortaya çıxıbbackend

ABŞ və Çin arasında yeni saziş layihəsi ortaya çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar raket buraxılışı ilə bağlı bildirişlərin Çinlə paylaşılması təklifini nəzərdən keçirir.

Editor.az xəbər verir ki, bu barədə “Nikkei Asia” qəzeti ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

ABŞ Dövlət Departamentinin rəsmisi Çinlə raket buraxılışı bildirişlərinin mübadiləsi mexanizminin təfərrüatlarını şərh etməkdən imtina etsə də, bildirib ki, ABŞ və Rusiya arasında ballistik raketlərin buraxılması haqqında bildiriş sazişi kimi tanınan oxşar ikitərəfli saziş Çinlə imzalanacaq. Bu, ABŞ, Rusiya və Çin arasında bildiriş mexanizmi üçün bir model olardı.

Bildirilir ki, ABŞ və Çin liderləri arasında noyabr ayında keçirilən görüşdə Amerika prezidenti Co Bayden və Çin sədri Si Cinpin mühüm məsələləri, o cümlədən silahlara nəzarəti müzakirə etmək qərarına gəliblər. ABŞ-ın yüksək rütbəli rəsmisi də Vaşinqtonun gələn ilin əvvəlində Çinlə silahlara nəzarət üzrə danışıqlar aparmağa ümid etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az