ABŞ və Çin liderləri nədən danışdılar?backend

ABŞ və Çin liderləri nədən danışdılar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin liderləri arasında saat yarımlıq danışıq başa çatıb.

Bu barədə Editor.az CNN-ə istinadən xəbər verir. Həmin xəbərə görə, Co Bayden və Si Tsinpin Avropada və dünyada təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Çin rəhbəri amerikalı həmkarına bildirib ki, münasibətlərin qarşıdurması heç kəsin maraqlarına uyğun deyil:
“Ölkələr arasında münasibətlər hərbi qarşıdurmaya gedə bilməz. Münaqişə və qarşıdurma heç kimin marağında deyil. Sülh və təhlükəsizlik beynəlxalq birliyin ən qiymətli xəzinəsidir. Həm ABŞ, həm də Çin sülhün təmin olunmasına cavabdehdir.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın iki ən böyük iqtisadiyyata malik ölkələrin nümayəndələri kimi biz təkcə Çin-ABŞ münasibətlərinin inkişafını doğru yolla aparmalı deyil, həm də beynəlxalq öhdəliklərimizi yerinə yetirməli, dünyada sülh və əmin-amanlığın təmin olunması üçün səy göstərməliyik. Ukrayna böhranı bizim istəmədiyimiz bir şeydir”. Çin lideri belə deyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Ukraynaya qarşı müharibədə kömək üçün Çinə müraciət etmişdi. Lakin Çinin bu dəstəyi verib-verməyəcəyi, Kremlin tələb etdiyi yardımı göndərməyə başlayıb-başlamadığı hələlik məlum deyil.

Editor.az