ABŞ və Fransanın məkrli planı: Ermənistan Cermuxdan hücuma keçə bilərbackend

ABŞ və Fransanın məkrli planı: Ermənistan Cermuxdan hücuma keçə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Fransa Ermənistanı təhrik edir ki, Cermux (İstisu- Kəlbəcər) istiqamətindən Azərbaycana hücum etsin”. 

Editor.az xəbər verir ki, bunu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavat-ın efirində deyib. Mötəbər mənbəyə istinad edən Rauf Arifoğlu bildirib ki, ermənilərin fikrincə, Cermuxda və Azərbaycanın nəzarətində olan yüksəkliklər Ermənistana aiddir. Ermənistanın xəritəsində həmin yüksəkliklər var. Jurnalist bu istiqamətdə Ermənistanın hərbi əməliyyatlara başlaya biləcəyini istisna etməyib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, bu iddia hazırkı vəziyyətə uyğundur:

“Bu proqnozu əslində beynəlxalq beyin mərkəzləri də təsdiq edir. ABŞ-də fəaliyyət göstərən hərbi beyin mərkəzlərinin bir çoxu Azərbaycan və Ermənistan ərazisini 2024-cü il ərzində konflikt baş verə biləcək zonaların arasına daxil edilib. Onlar düşünür ki, əgər ortada konkret sülh sazişi yoxdursa və Ermənistan tərəfi sürətlə silahlanmaya gedirsə bu mümkün münaqişənin ola biləcəyindən xəbər verir. Hərbi eskalasiyanın baş verə biləcəyi ərazi Cermux kimi qiymətləndirilir. Son 2-3 gündə ABŞ-nin Ermənistandakı səfirliyi Amerika vətəndaşlarını Azərbaycanla sərhədyanı bölgələrə getməməyə çağırıb. ABŞ bununla Azərbaycan və Ermənistan arasında münaqişənin başlaya biləcəyi ilə bağlı görüntü yaradır”.

Ekspert hazırda iki ölkə arasında sadəcə atəşkəsin olduğunu və istənilən vaxt hərbi eskalasiyanın baş verə biləcəyini dilə gətirib:

“Biz Ermənistanla nə sülh, nə də müharibə vəziyyətindəyik. Hazırda sadəcə atəşkəsdir və bu o deməkdir ki, hər iki ehtimala eyni dərəcədə yaxınıq. Ermənistanın sərhəd istiqamətində edəcəyi hansısa təxribat genişmiqyaslı müharibəyə çevrilə bilər. Bunun qarşısını ala biləcək yeganə zəmanət sülh sazişi ola bilərdi, amma hazırda sülh sazişi yoxdur. Ermənistan son zamanlar Fransa və digər qərb ölkələrinin addımları hesabına biraz cəsarətlənir və təxribatçı fəaliyyətlərə əl ata bilər”.