ABŞ və G7 Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyalar paketi hazırlamaq üzərində işləyir.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.
O, bu sanksiyaların müəyyən kateqoriyalara, xüsusən də Avropa ölkələrinə qarşı əvvəllər tətbiq edilmiş məhdudiyyətləri genişləndirəcək və dərinləşdirəcək. Eyni zamanda, sanksiyalar çərçivəsində Rusiya müdafiə sənayesi üçün texnologiya və avadanlıq axınının məhdudlaşdırılacağı bildirilir. Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən və ya bu müharibəni dəstəkləmək üçün səy göstərənlərə qarşı da fərdi sanksiyalar hazırlanır.
Nulandın sözlərinə görə, sanksiyalar Rusiya Federasiyasına əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməyə kömək edən digər ölkələrə də tətbiq oluna bilər. Məsələn, söhbət Rusiya Federasiyasınınnmüharibə üçün istifadə oluna bilən elektron komponentləri olan noutbuklar, soyuducular və digər məişət texnikası idxalı planlarından gedir. “Biz ixrac nəzarətimizi Rusiyaya kömək edən ölkələri də əhatə edəcək şəkildə genişləndirəcəyik. İran, Şimali Koreya və Çin haqqında açıq danışırıq, amma sanksiyalardan yan keçməyə öyrəşmiş başqa ölkələr də var”, – Nuland deyib.
//Gülnarə Abasova, Editor.az