ABŞ və İran münasibətlərində yumşalma: “Sərt siyasətlər faydasızdır “backend

ABŞ və İran münasibətlərində yumşalma: “Sərt siyasətlər faydasızdır “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu. Bu onu göstərir ki, İran indi çox sərt siyasətlə heç yerə getməyin mümkün olmadığını anlayır. Bu səbəbdən İran, “Mən buyam və dəyişəcək vəziyyətdə deyiləm. Xomeyni rejimi ilə davam edirəm, lakin ABŞ-la döyüşmək fikrim yoxdur”,-mesajını verir”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə təqaüddə olan səfir Uluç Özülker danışıb.

“Amerika dünya müharibəsinin nəyə başa gələ biləcəyini çox yaxşı bilir. Ona görə də ucadan danışmaq müharibənin xəbərçisi deyil. Hər kəs bilir ki, bundan sonrakı hər hansı bir qarşıdurma təkcə özləri üçün deyil, həm də dünya üçün fəlakət olacaq. İş bir az irəliləyəndə hər iki tərəf bir-birindən bir addım geri çəkilir”, – deyə o bildirib.

//Safura Bənnayeva, Editor.az