ABŞ və İsrail Ayətullah Xameneyini öldürmək istəyir – İranın kəşfiyyat naziri İsmayıl Xətibbackend

ABŞ və İsrail Ayətullah Xameneyini öldürmək istəyir – İranın kəşfiyyat naziri İsmayıl Xətib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və “sionist rejim”, yəni İsrail Ayətullah Xameneyini öldürməyə cəhd göstərirlər.

Editor.az xəbər verir ki, bunu kəşfiyyat naziri İsmayıl Xətib deyib Nazirin açıqlamasına görə, İranın İsrail ilə münaqişəsinin tarixi 1979-cu ilə gedib çıxır. O zaman İslam İnqilabı keçmiş müttəfiqini qatı düşmənə çevirmişdi. Tehrandakı yeni hökumət yəhudi dövlətinin legitimliyini rədd etmək kursu tutub. 1980-ci illərdə İranın “Hizbullah” və “HƏMAS” kimi İsrail əleyhinə hərəkatları dəstəkləməsi ilə proksi müharibə başlayıb. 2025-ci ilə qədər qarşıdurma pik həddə çatıb və birbaşa düşmənçiliklə nəticələnib.

Bu ilin iyun ayında baş verən “On İki Günlük Müharibə” iki ölkə arasında ən böyük açıq toqquşma oldu. İsrail İranda hərbi infrastruktur və nüvə obyektləri də daxil olmaqla minlərlə hədəfə zərbə endirdi, İran isə kütləvi raket hücumları ilə cavab verdi. Bu münaqişə zamanı İsrail İran rejimindəki əsas fiqurları hədəf almağa hazır olduğunu nümayiş etdirərək İİKK-nın yüksək hərbi rəhbərliyini hədəf aldı.

Nazir Xətib Xameneinin həyatına təhlükəni birbaşa “düşmənlərin” ölkəni sabitsizləşdirmək, onu “birlik, qələbə və müqavimət oxu”ndan məhrum etmək istəyi ilə əlaqələndirib.

//Samir Qurbanov, Editor.az