ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərbackend

ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ və İsrail İranın nüvə silahının mümkün inkişafını əngəlləyən anti-İran tədbirlərinin koordinasiyasını gücləndirmək barədə razılığa gəliblər.
Editor.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı birgə bəyanatda deyilir. Nüvə proqramının irəliləyişinin təhlilinin nəticələri böyük narahatlığa səbəb olub ki, bu da İsrail və ABŞ arasında təhlükəsizlik sahəsində uzunmüddətli tərəfdaşlığın daha da gücləndirilməsini tələb edir.
Bununla bağlı rəsmilər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və İranın regionda düşmənçilik fəaliyyətini məhdudlaşdırmaq üçün tədbirlərin koordinasiyasını gücləndirməyə söz veriblər.
ABŞ-İsrail Strateji Məsləhət Qrupunun iclası Vaşinqtonda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, İsrailin strateji planlaşdırma naziri Ron Dermer və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbinin iştirakı ilə keçirilib. Görüş zamanı tərəflər həmçinin təhlükəsizlik və İsrailin Yaxın Şərq regionuna siyasi inteqrasiyası məsələlərini də nəzərdən keçiriblər.
  //Samir Qurbanov, Editor.az