“Megaupload” və “Mega” fayl paylaşma platformalarının qurucusu Kim Dotkom İranı ABŞ və İsrail ilə vaxtından əvvəl sülh müqaviləsi imzalamamağa və ABŞ hökumətinin sonsuz müharibə iddialarına inanmamağa çağırıb.
Onun sözlərinə görə, ABŞ və İsrailin əslində sursatı tükənir və sonsuz döyüşlər barədə danışmaq yalandır. Bundan əlavə, İslam Respublikası quru qüvvələri barədə narahat olmamalıdır: bu məsələdə asanlıqla qalib gələcək. Zaman İranın tərəfindədir; Amerika bazarları uzunmüddətli münaqişəyə tab gətirə bilməz, deyə o vurğulayıb.
“Amerika imperiyası maliyyə cəhətdən çökəndə İsrail də onunla birlikdə yıxılacaq. İran mübarizədə qalmalıdır. Risk ondadır ki, onlar nüvə silahlarından istifadə edəcəklər. Dünya sizin tərəfinizdə olacaq. Əgər onlar sizi nüvə silahı ilə vursalar, bu, onların sonu olacaq. Amma bu, qiymətləndirilməli olduğunuz bir riskdir”, – Dotkom deyib. O əlavə edib ki, İran maliyyələşdirmə üçün Çinlə razılaşma əldə etməli ola bilər; Çin kömək edəcək.
Dotkom yekun olaraq bildirib ki, “Bu qələbənin şöhrəti, Amerika imperiyasının və onun İsraildəki ağalarının devrilməsi möhtəşəmdir. Bu barədə daha 1000 il danışılacaq”.
//Samir Qurbanov, Editor.az

