ABŞ və İsveç müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəkbackend

ABŞ və İsveç müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton və Stokholm arasında hərbi tərəfdaşlığı genişləndirən ABŞ və İsveç arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Editor.az bu barədə RİA Novosti-yə istinadla xəbər verir. Bildirilir ki, saziş Vaşinqton və Stokholma çoxtərəfli təhlükəsizlik əməliyyatlarında əməkdaşlığı gücləndirməyə, həmçinin transatlantik təhlükəsizliyi gücləndirməyə imkan verəcək. Müqavilə İsveçin NATO-ya daxil olmasından əvvəl və sonra tətbiq olunacaq.

Xarici İşlər Nazirliyi İsveçin Şimali Atlantika Alyansının dəyərlərini müdafiə etdiyini və Stokholmun iştirakı ilə NATO-nun güclənəcəyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az