ABŞ və Rusiya Baş Qərargah rəisləri arasında telefon danışığı baş tutubbackend

ABŞ və Rusiya Baş Qərargah rəisləri arasında telefon danışığı baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Baş Qərargah Rəisi Mark Milli rusiyalı həmkarı Valeri Gerasimovla telefonla danışıb.

Editor.az xəbər verir ki, , bu barədə amerikalı komandirin mətbuat katibi Deyv Batler məlumat verib.

“Hərbi liderlər bir sıra narahatlıq doğuran təhlükəsizlik məsələlərini müzakirə etdilər və kommunikasiya xətlərini açıq saxlamağa razılaşdılar.”- deyə polkovnik Deyv Batler bildirib.

Xatırladaq ki, müharibə başlanandan bəri bu iki ölkənin Baş Qərərgah rəisləri arasında həyata keçirilən ilk telefon danışığıdır. Bundan əvvəl mayın 13-də ABŞ-ın Müdafiə Naziri Lloyd Ostin Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Danışıq zaman Ostin Ukraynada təcili atəşkəsin əldə olunması ilə bağlı çağırış edib.

//Nəzərbəy, Editor.az