ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olubbackend

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ müdafiə nazirləri – Sergey Şoyqu və Lloyd Ostin arasında telefon danışığı olub.

Editor.az Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş verib. Məlumata görə, mövzu şübhəsiz ki, martın 14-də Qara dəniz üzərində Amerikaya məxsus “MQ-9 Reaper” pilotsuz uçan aparatı ilə bağlı insident olub.

ABŞ ordusu onun Rusiya “Su-27” qırıcısının manevri nəticəsində qəzaya düşdüyünü iddia edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarə “nəzarətsiz uçuşa keçdikdən sonra hava məkanından istifadə ilə bağlı müvəqqəti rejimin qaydalarını pozub və dənizə düşüb.

ABŞ Dövlət Departamentinin məlumatına görə isə PUA rusiyalı pilotun səhvi ucbatından qəzaya uğrayıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya qəzaya düşmüş pilotsuz təyyarənin qalıqlarını qaytarmağa çalışacaq.

CNN-in məlumatına görə, ABŞ səlahiyyətliləri dron vasitəsi ilə həssas məlumatları uzaqdan siliblər. Hadisə ilə bağlı Rusiya səfiri Anatoli Antonov ABŞ Dövlət Departamentinə çağırılıb.

 //Samir Qurbanov,Editor.az