ABŞ və Rusiya təyyarələri Qara dənizin üzərində toqquşdubackend

ABŞ və Rusiya təyyarələri Qara dənizin üzərində toqquşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar Qara dənizdəki pilotsuz təyyarə insidentinə görə müttəfiqləri və tərəfdaşları ilə əlaqə saxlayıb.

Hadisə ilə bağlı Rusiya səfiri Anatoli Antonov idarəyə çağırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ-ın Avropa Komandanlığı Rusiyanın “Su-27” reaktiv qırıcısı ilə Amerikanın “MQ-9” Reaper pilotsuz təyyarəsinin Qara dəniz üzərində toqquşması barədə məlumat yayıb.

“Su-27” Amerika pilotsuz təyyarəsinin pərvanəsinə toxunub və o, idarəetməni itirib. Nəticədə ABŞ qüvvələri öz “MQ-9”-u vurmalı olub.

//Samir Qurbanov,Editor.az