ABŞ və Səudiyyə Ərəbistanı Ukrayna və Qəzzanı müzakirə etdilərbackend

ABŞ və Səudiyyə Ərəbistanı Ukrayna və Qəzzanı müzakirə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud ilə danışıqlar aparıb.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, Rubio Səudiyyə tərəfinə Ukraynadakı münaqişənin nizamlanmasına köməklik göstərdiyinə görə təşəkkür edib.
Öz növbəsində Krallığın Xarici İşlər Nazirliyi bəyan edib ki, Rubio və bin Fərhan danışıqlar zamanı Ukrayna ətrafındakı vəziyyətlə yanaşı, Yaxın Şərqdəki münaqişələri də müzakirə ediblər. Onlar həmçinin “qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın təkmilləşdirilməsi və birgə səylərin gücləndirilməsi” mövzusuna toxunublar.

Onu da əlavə edək ki, KİV KSA departamenti rəhbərinin ştatlara səfərindən danışaraq, səfərin ABŞ prezidenti Donald Trampın Ər-Riyada gözlənilən səfəri ilə bağlı olduğunu yazıb. Bundan əvvəl Amerika lideri ikinci prezidentlik müddətində ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcəyini təsdiqləyib.

//Samir Qurbanov, Editor.az