ABŞ və Tayvan arasında ticarət müqaviləsi imzalanıbbackend

ABŞ və Tayvan arasında ticarət müqaviləsi imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden “21-ci əsr ticarəti üçün ABŞ-Tayvan Təşəbbüsü” danışıqları çərçivəsində ilk icra sazişi qanununu imzalayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Bayden verdiyi yazılı açıqlamada qanunun Tayvanla bəzi əlavə ticarət razılaşmalarının müzakirəsi üçün tələbləri də ehtiva etdiyini vurğulayıb.

Qeyd olunub ki, saziş hər iki bazarda investisiya və iqtisadi imkanları asanlaşdıra biləcək daha şəffaf, sadələşdirilmiş tənzimləmə prosedurları yarada bilər. Eyni zamanda, ABŞ biznesləri isə Tayvan və tayvanlı müştərilərə daha çox məhsul təqdim edir.

//Safura Bənnayeva, Editor.az