ABŞ və Ukrayna nümayəndə heyətləri Amerika sülh planının əksər müddəaları razılaşdırılıbbackend

ABŞ və Ukrayna nümayəndə heyətləri Amerika sülh planının əksər müddəaları razılaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətləri Amerika sülh planının əksər hissəsi üzrə razılığa gəliblər.

“RBC-Ukraine” mənbələrə istinadən xəbər verir ki, xeyli sayda “mübahisəli” məqam dəyişdirilib. Nəşrin məlumatına görə, razılaşdırılmış məqamlar arasında Ukrayna Silahlı Qüvvələrinin maksimum sayı və əsir mübadiləsi formatı da var. Lakin, nəşr bildirir ki, ərazi məsələləri və Ukraynanın NATO-ya qoşulmaqdan imtinasının Ukrayna konstitusiyasında təsbit edilməsi prezidentlər Vladimir Zelenski və Donald Tramp tərəfindən şəxsən müzakirə olunacaq.

“Reuters” agentliyinin məlumatına görə, görüş bu həftə baş tuta bilər; Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər etməyi planlaşdırır.

ABC bildirib ki, ABŞ nümayəndələri Ukrayna sülh planı ilə bağlı Rusiya nümayəndə heyəti ilə ayrıca görüş keçirmək istəyirlər. Kanalın mənbələri bunun nə vaxt baş tutacağını dəqiqləşdirməyib.

//Samir Qurbanov, Editor.az