ABŞ və Yaponiya üçün ən böyük təhlükə Çindirbackend

ABŞ və Yaponiya üçün ən böyük təhlükə Çindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Çinin Vaşinqton və müttəfiqləri üçün əsas strateji təhlükə olduğunu iddia edib.

Editor.az bildirir ki, müvafiq bəyanat Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi və Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ilə ikitərəfli danışıqlardan sonra keçirilən brifinqdə verilib :“Çin bizim, müttəfiqlərimiz və tərəfdaşlarımızın qarşısında duran ən böyük strateji təhlükə olması ilə tam razıyıq”, – Blinken bildirib.

Bundan əvvəl NASA rəhbəri Bill Nelson bildirib ki, ABŞ və Çin arasında gedən Aya “sahiblik” yarışı getdikcə şiddətlənir və növbəti ildə bu mübarizədə qalib müəyyənləşəcək. Onun fikrincə, ən pis inkişafla Pekinin möhkəmlənmək və resurslarla zəngin Ayı mənimsəmək və hətta Vaşinqtonun ora getməsinə mane olmaq imkanları var. Xatırladaq ki, çinli professor Vanq Ven hesab edir ki, Çindən Latın Amerikasına qədər “de-Qərbsizləşmə” gedir. Onun sözlərinə görə, 2022-ci il göstərdi ki, daha çox ölkə Qərb dünya düzənini rədd edir.

  //Samir Qurbanov, Editor.az