ABŞ və Yunanıstan Qərbi Trakyada birgə təlimlər keçirirbackend

ABŞ və Yunanıstan Qərbi Trakyada birgə təlimlər keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Yunanıstan Qərbi Traykanın Xanthi şəhərindəki tank atış poliqonunda təlimlər keçirir.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, Yunanıstan Quru Qoşunları Komandanlığından verilən açıqlamaya görə, ABŞ və Yunanıstan Xanthi şəhəri yaxınlığındakı Kayalar kəndində “Trakya Əməkdaşlıq-23” adlı təlimə başlayıb.

Tank poliqonunda keçirilən təlimdə ABŞ-ın 101-ci Hava Alayının 25-ci Zirehli Briqada, 71-ci Hava Desant Nəqliyyat Briqadası, 21-ci Zirehli Briqada, 1-ci Ordu Aviasiya Briqadası və 2-ci Briqada Döyüş Komandası iştirak edir. Taktiki Döyüş Simulyasiya Sistemləri vasitəsilə həyata keçiriləcək təlimdə bir çox əməliyyat ssenariləri reallaşdırılacaq.

Məlumata görə, fevralın 10-da başlayan təlim fevralın 24-də başa çatacaq.

//Gülnarə Abasova, Editor.az