Venesuela hökuməti müxalifətlə 2024-cü ildə seçki keçirmək barədə razılığa gəldikdən sonra ABŞ administrasiyası ölkənin neft, təbii qaz və qızıl sektorlarına tətbiq etdiyi sanksiyaların bir qismini dayandırıb.
Editor.az xarici mediaya istinadla bildirib ki, ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya əsasən bu barədə Venesuela Unitar Platforması ilə Venesuela Prezidenti Nikolas Maduronun nümayəndələri arasında seçki yol xəritəsi sazişinin imzalanmasına cavab olaraq və Venesuela xalqına dəstək məqsədilə Xarici İşlər Nazirliyindən bildirilib.
Aktivlərə Nəzarət (OFAC) bəzi sanksiyaları dayandırmaq üçün 4 ümumi lisenziya verib. Açıqlamada bu ümumi lisenziyalarla Venesuelada neft və təbii qaz sektorunu əhatə edən əməliyyatlara 6 aylıq müvəqqəti icazə veriləcəyi, Venesuelanın dövlətə məxsus qızıl mədən şirkəti Minerven ilə biznesə icazə veriləcəyi bildirilib.
Bundan əlavə, bəyanatda qeyd edilir ki, Venesuelanın bəzi dövlət istiqrazları, habelə Venesuela dövlət neft-qaz şirkəti PDVSA tərəfindən buraxılmış borc və səhmlərin təkrar ticarətinə qoyulan qadağanı aradan qaldırmaq üçün iki müvafiq lisenziyaya düzəlişlər edilib. Venesuelanın ilkin istiqraz bazarında ticarət davam edir.
//Gülnarə Abasova, Editor.az

