ABŞ Venesuelanın “Suns” kartelini terror təşkilatı kimi tanıdıbackend

ABŞ Venesuelanın “Suns” kartelini terror təşkilatı kimi tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən dərc olunan yenilənmiş siyahıya əsasən Venesueladakı “Carteles de Los Soles” (“Suns” Karteli) rəsmi olaraq beynəlxalq terror təşkilatı kimi tanınıb.

Editor.az xəbər verir ki, sənəddə kartelə qarşı sanksiyaların tətbiq edildiyi bildirilir və təşkilatın fəaliyyəti ABŞ tərəfindən terror xarakterli struktur kimi qiymətləndirilir.

Xatırladaq ki, noyabrın 17-də ABŞ dövlət katibi Marko Rubio Venesuela prezidenti Nikolas Maduronun nəzarətində olduğu iddia edilən “Suns” kartelinin terror təşkilatı kimi tanınması planlarını açıqlamışdı. Rubio bəyan etmişdi ki, Maduronun rəhbərlik etdiyi bu qurum Venesuela dövlət institutlarını korrupsiyaya uğradıb, terror əməliyyatlarına və ABŞ ilə Avropaya yönəlmiş narkotik ticarətinə görə məsuliyyət daşıyır.

Məlumata görə, ABŞ bundan əvvəl bir ay öncə 20 ildən artıq istifadə olunmayan ABŞ Hərbi Dəniz Hava Stansiyasının Ruzvelt Yollarında modernləşdirmə işlərinə başlayıb, həmçinin Puerto Riko və ABŞ Vircin adalarında mülki hava limanlarının infrastrukturunu yeniləyib. Analitiklər hesab edirlər ki, bu addımlar ABŞ ordusunun Venesuela istiqamətində mümkün əməliyyatlara hazırlaşmasının göstəricisi ola bilər.

Oktyabr ayında ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı diqqətçəkən açıqlama verərək: “Növbəti addım qurudan hücum olacaq”,-demişdi.

//Gülnarə Abasova, Editor.az