ABŞ vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırırbackend

ABŞ vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti (DD) Rusiyadakı ABŞ vətəndaşları üçün fövqəladə vəziyyətə dair xəbərdarlığının müddətini uzadıb.

Oxu.Az xəbər verir ki, məlumatı “Fox News” DD-nin müvafiq sənədinə istinadən yayıb.

Dövlət Departamentinin xəbərdarlığında deyilir ki, Rusiyadakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər.

Qeyd olunur ki, ABŞ diplomatlarının Rusiyadakı həmvətənlərinə yardım etmək imkanları ciddi şəkildə məhdudlaşdırılıb.