ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Vladimir Zelenskidən Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarovanı geri çağırmağı tələb edib.
Çünki o, cənab Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfərini təşkil edib. Conson bunu ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə kimi qiymətləndirir.
Qeyd edək ki, Ukrayna prezidenti ötən həftəsonu Pensilvaniyadakı zavoda baş çəkib. “Fox News” xəbər verir ki, onun səfəri Amerika vergi ödəyiciləri tərəfindən qarşılanıb. Pensilvaniya seçkiqabağı heç bir namizədin üstün olmadığı ştatlarından hesab olunur və ABŞ prezidentliyinə hər iki namizəd seçicilərinin dəstəyini qazanmağa çalışır.
Mayk Conson bildirib ki, zavod turuna Demokratlardan prezidentliyə namizəd, vitse-prezident Kamala Harrisin “əsas siyasi sirdaşı” rəhbərlik edib. Tədbirə heç bir respublikaçı dəvət olunmayıb. Conson bunu açıq şəkildə “seçki müdaxiləsi” adlandırıb.
Nümayəndələr Palatasının spikeri Vladimir Zelenskiyə məktubunda onu ABŞ-dakı daxili siyasi proseslərə müdaxilə etməkdə ittiham edərək, Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanı dərhal geri çağırılmasını tələb edib. Məktub dünən, sentyabrın 25-də göndərilib.
//Samir Qurbanov, Editor.az