ABŞ Volodimir Zelenskinin sülh planını təşviq etmək niyyətindədirbackend

ABŞ Volodimir Zelenskinin sülh planını təşviq etmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Vaşinqtonun Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə münaqişəni həll etmək planını gördüyünü bildirib.

ABŞ bunu təşviq etmək niyyətindədir. “Biz prezident Zelenskinin sülh planını gördük. Biz inanırıq ki, bu, işləyə biləcək bir strategiya və plandır. Biz burada – Nyu-Yorkda olacaq dövlət başçıları ilə əlaqə saxlayaraq, onu necə irəli apara biləcəyimizi müəyyən etməliyik”, – deyə xanım Tomas mətbuat konfransında bildirib.

Dövlət Departamenti daha əvvəl demişdi ki, dövlət katibi Entoni Blinken ötən həftə Kiyevə səfər edərkən Ukraynanın “sülh planı” ilə tanış olub. Vaşinqton onun məzmununu açıqlamır. “Reuters”in məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski bu planı gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında təqdim etmək niyyətindədir.

//Samir Qurbanov ,Editor.az