ABŞ Yaponiyanın köməyi ilə Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi tədarük edə bilərbackend

ABŞ Yaponiyanın köməyi ilə Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi tədarük edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya ABŞ-ı Patriot hava hücumundan müdafiə sistemi üçün sursatla təmin edərsə, Ukraynaya hava hücumundan müdafiə sisteminin tədarük həcmini artıra bilər.

Editor.az bu barədə “The Washington Post”a istinadla məlumat yayıb. Bildirilib ki, Tokio bu həftə silah ixracı qaydalarını yumşaldacaq və bu, ABŞ-a bir neçə onlarla Patriot raketi göndərməyə imkan verəcək. Sənəddə o da bildirilir ki, hadisələrin bu inkişafı Vaşinqtonun ehtiyatlarını artıracaq və ABŞ-a Ukraynaya daha çox ən son hava hücumundan müdafiə sistemləri göndərmək imkanı verəcək. Eyni zamanda, Yaponiyanın Ukraynaya birbaşa silah ötürməyəcəyi, əksinə ehtiyatları artırmaq üçün ilk növbədə ABŞ-a hava hücumundan müdafiə sistemləri göndərmək variantını nəzərdən keçirdiyi bildirilir.

“Washington Post” un məlumatına görə, Yaponiya tezliklə ABŞ-a nə qədər ələ keçirən raket ötürə biləcəyinə qərar verəcək.

//Gülnarə Abasova, Editor.az