ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirirbackend

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, Pentaqon “siyasi gərginliyin aşağı salınması” və təhdidlərə cavab vermək üçün Yaxın Şərqdə yeni yerləşdirmələrə hazırdır.

Onun sözlərinə görə, bu ay USS “Abraham Linkoln”un başçılıq etdiyi zərbə qrupunun regionda Teodor Ruzveltin aviadaşıyıcısının rəhbərlik etdiyi qrupu əvəz etməsi planlaşdırılır. O qeyd edib ki, bölgəyə hava hücumundan müdafiə sistemləri olan esmines və raket kreyseri də göndəriləcək və əlavə qırıcı eskadrilyalar yerləşdiriləcək.

Bu barədə Pentaqon rəhbəri avstraliyalı həmkarları ilə Annapolisdə keçirdiyi birgə mətbuat konfransında deyib: “Biz İsraili terrorçu qrupların və ya onların sponsorlarının hücumlarından müdafiə etməyə və qüvvələrimizi qorumağa davam edəcəyik”.

Beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi İraqın qərbindəki “Əl-Əsəd” aviabazasına edilən son hücumdan danışan Lloyd Ostin qeyd edib ki, Birləşmiş Ştatlar “bölgədəki ordusuna qarşı hücumlara dözməyəcək”. Dünən, avqustun 6-da “Reuters” agentliyi mənbələrə istinadən İraqdakı “Əl-Əsəd” hərbi hava bazasına endirilən zərbə nəticəsində bir neçə amerikalı hərbçinin yaralandığını bildirib. Hücumun İranın qisas təhdidləri ilə əlaqəli olub-olmadığı aydın deyil. Bundan əvvəl İran rəsmiləri Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə ABŞ-ın məsuliyyət daşıdığını bəyan etmişdilər.

//Samir Qurbanov, Editor.az