ABŞ Yaxın Şərqə çoxlu sayda hərbi qüvvələr, o cümlədən “F-22”lər yerləşdiribbackend

ABŞ Yaxın Şərqə çoxlu sayda hərbi qüvvələr, o cümlədən “F-22”lər yerləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib ki, İranın İsrailə hücumu üçün “qətiyyən heç bir qanuni əsası yoxdur”.

O qeyd edib ki, Amerika hakimiyyəti Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirib: “Biz bölgəyə çoxlu sayda hərbi qüvvələr, o cümlədən “F-22”lər yerləşdirmişik. Beləliklə, biz hər hansı gözlənilməz hallara hazır olacağıq ” – deyə rəsmi onlayn brifinq zamanı bildirib.

ABŞ administrasiyasının rəsmisi əmindir ki, İsrailə hücum İran üçün ciddi nəticələr verəcək. O qeyd edib ki, “biz bu hücumun qarşısını almaq üçün əlimizdən gələni edirik… və İrana nümayiş etdirək ki, vəziyyəti düzəltmək üçün hərbi hücumdan daha çox digər yaxşı variantlar var”.

//Samir Qurbanov, Editor.az