Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder departamentin Yaxın Şərqə əlavə ABŞ hərbçiləri göndərmək qərarını açıqlayıb.
Lakin mətbuat katibi əlavə olaraq neçə qüvvənin yerləşdiriləcəyini və onların hansı vəzifələri həll edəcəyini açıqlamayıb. Pentaqonun sözçüsü bildirib ki, müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qallant ilə bir sıra telefon danışığı aparıb və bu danışıqlar zamanı o, atəşkəs və Yaxın Şərqdə gərginliyi azaltmaq üçün qüvvələrin istiqamətləndirilməsini istəyib. “Gərginliyi nəzərə alsaq daha geniş regional münaqişə potensialı var. Mən bunun artıq başlandığını düşünmürəm, lakin vəziyyət çox təhlükəlidir” – Rayder deyib.
İsrail və Livan arasında münasibətlərin pisləşməsi fonunda ABŞ Dövlət Departamenti əvvəllər Livandakı amerikalılara kommersiya uçuşlarının hələ də mövcud olduğu müddətdə ölkəni tərk etməyi tövsiyə edib. Departament həmçinin xəbərdarlıq edilib ki, səfirlik qalmaq qərarına gələnlərə kömək edə bilməyəcək.
//Samir Qurbanov, Editor.az