ABŞ-ın Yaxın Şərqə təxminən 10 minə qədər əlavə hərbçi göndərməyi nəzərdən keçirdiyi bildirilir.
Editor.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrinə istinadla məlumat yayılıb. Məqalədə qeyd olunur ki, planlardan xəbərdar olan müdafiə rəsmilərinin sözlərinə görə, Pentagon Donald Trump administrasiyasının Tehranla mümkün sülh danışıqlarını qiymətləndirdiyi bir vaxtda belə regionda hərbi gücünü artırmaq məqsədilə əlavə quru qoşunları göndərməyi düşünür.
Bildirilir ki, piyada və zirehli texnikadan ibarət olacaq bu qüvvələr artıq bölgədə yerləşdirilmiş 82-ci Hava Desant Diviziyası-nın təxminən 5 minlik heyətinə və minlərlə paraşütçüyə qoşulacaq.
//Gülnarə Abasova, Editor.az

