ABŞ yaxınlarda CAR-a səfər etmiş əcnəbilərə giriş məhdudiyyəti tətbiq edəcəkbackend

ABŞ yaxınlarda CAR-a səfər etmiş əcnəbilərə giriş məhdudiyyəti tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden yaxın zamanlarda Cənubi Afrika Respublikasına səfər etmiş xarici ölkə vətəndaşlarının əksəriyyəti üçün ölkə ərazisinə girişə məhdudiyyətlər tətbiq edəcək.

Pandemiya və koronavirusun yeni növünün yayılmasının qarşısının alınması üçün müvafiq qərar yanvarın 30-da qüvvəyə minəcək.

Bildirlir ki, buna səbəb bəzi mütəxəssislərin mövcud peyvəndlərin Cənubi Afrika ştammına qarşı təsirli olmayacağından ehtiyyatlanırlar.

Bundan əlavə, sabiq prezident Donald Trampın göstərişinə əsasən yanvarın 26-da qüvvədən düşən Braziliya, İrlandiya, İngiltərə və Avropanın çox hissəsinə səyahət etmiş əcnəbilərin ABŞ-a səyahət barədə məhdudiyyətlər də bərpa ediləcək.

//Trend