ABŞ Yəməni vurdu, Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını tələb etdibackend

ABŞ Yəməni vurdu, Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Birləşmiş Ştatların və müttəfiqlərinin Yəməndəki husi hədəflərinə hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını tələb edib.

Editor.az xəbər verir ki, iclasın bu gün, yanvarın 12-də keçirilməsi təklif olunur. Qeyd edək ki, səhər saatlarında ABŞ və Böyük Britaniya yəmənli husilərin mövqelərinə zərbələr endirib. ABŞ ordusu təyyarələr, gəmilər və sualtı qayıqlar, eləcə də uzaqmənzilli Tomaqavk qanadlı raketləri hərəkətə gətirib.

ABŞ prezidenti Co Bayden hücumun Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə həyata keçirildiyini bildirib. ABŞ səlahiyyətlilərinə görə, zərbələr silah anbarları da daxil olmaqla ondan çox hədəfə endirilib. Ölənlər barədə məlumat yoxdur. Xatırladaq ki, Yəmənə endirilən zərbələr 2023-cü ilin dekabrından bəri Qırmızı dənizdə beynəlxalq gəmilərə edilən hücumlara cavabdır.

Bu, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında gedən müharibə fonunda baş verib. HƏMAS-ı dəstəkləyən husilər İsraillə əlaqəli olduqları gəmilərə zərbələr endirirlər.

//Samir Qurbanov, Editor.az