ABŞ yenə İranı vurdu, Co Bayden isə “dayanmaq fikrimiz yoxdur” dedibackend

ABŞ yenə İranı vurdu, Co Bayden isə “dayanmaq fikrimiz yoxdur” dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton öz vətəndaşlarını qorumaq üçün “qətiyyətli davranacaq”.

Editor.az “The Guardian”a istinadən bidirir ki, bu sözləri ABŞ prezidenti Co Bayden ABŞ-ın Suriyadakı bazasına hücuma reaksiya verib. O, İrana xəbərdarlıq edərək: “Çaşmayın, Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, amma xalqımızı qorumaq üçün qətiyyətli hərəkətlərimizə hazır olun”, – deyib.

Eyni zamanda, Bayden baş verənlərə görə, Tehranın bədəl ödəməli olub-olmaması barədə suala cavabında ABŞ-ın “dayanmaq fikrində olmadığını” söyləyib. Qeyd edək ki, bundan əvvəl İran dronlarının ABŞ bazasına hücumu nəticəsində bir amerikalı əsgər ölmüş, altı nəfər yaralanmışdı.

  //Samir Qurbanov,Editor.az