ABŞ “Yeni START”a alternativ qanun layihəsi hazırlayıbbackend

ABŞ “Yeni START”a alternativ qanun layihəsi hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Arkanzas senatoru Tom Kotton Rusiyanı bir qrup respublikaçı senatorla imzalanmış “Yeni START” silahlara nəzarət razılaşmasını pozmaqda ittiham edərək bu mövzuda yeni qanun layihəsi hazırladığını açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Senator Kotton yazılı açıqlamasında Rusiyanın ABŞ ilə imzalanan nüvə silahını məhdudlaşdıran müqavilənin şərtlərinə əməl etmədiyini iddia edərək ABŞ-ın geri çəkilməsini müdafiə edən “No START Agreement” Aktını təqdim edib.

Müvafiq olaraq Kotton və daha doqquz respublikaçı senator tərəfindən dəstəklənən qanun layihəsi gələcək silahlara nəzarət danışıqlarına məhdudiyyətlər qoyan və ABŞ-ın nüvə qüvvələrini gücləndirməyi hədəfləyən şərtləri özündə ehtiva edir. “Yeni START Müqaviləsi Amerikanın əl-qolunu bağladığı halda, Vladimir Putin illərlə müqavilənin çatışmazlığından istifadə etdi. Prezident Bayden yalnız Rusiya və Çini daha da gücləndirən, Amerikanı isə zəiflədən bu razılaşmanı heç vaxt uzatmamalı idi. Biz sazişdən çıxmalı və nüvə qüvvələrimizi dəstəkləməliyik”.

//Safura Bənnayeva, Editot.az