ABŞ Maliyyə Nazirliyi İranın neft ixracı fəaliyyətlərinə qarşı çıxmaq məqsədilə Yunanıstan vətəndaşı və onunla əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) məlumatında deyilir.
“ Yunanıstan vətəndaşı Antonios Marqaritisə onunla əlaqəli şirkətlərə və İranın “kölgə donanması”na daxil olan təxminən onlarla gəmiyə qarşı sanksiyalar tətbiq etməklə İranın neft ixracına növbəti zərbə vurur”,-deyə məlumatda bildirilir.
Agentliyin press-relizində ABŞ-ın Maliyyə Naziri Scott Bessent-ə istinadla bildirilib ki, Marqaritə qarşı sanksiyalar Tehranın hərbi proqramlarını maliyyələşdirmək imkanlarına zərbə vurur.
Aşağıdakı qurumlar sanksiya məhdudiyyətlərinə məruz qalıb: Yunanıstan və Marşal adalarında qeydiyyatdan keçmiş Marant Shipping and Trading SA və Square Tanker Management Ltd., Comford Management SA, United Chartering SA və Cristobal Marine Corp.
//Gülnarə Abasova, Editor.az

