ABŞ yunanlardan Ukrayna üçün rus tankları istədibackend

ABŞ yunanlardan Ukrayna üçün rus tankları istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya tank və hava hücumundan müdafiə sistemləri kimi ağır silahlar göndərməyi planlaşdırır.

Editor.az “Hürriyət”ə istinadən xəbər verir ki, bunun üçün ABŞ Kiprə müraciət edib.

Ağ Ev Kiprdən əlində olan rus silahlarını Ukraynaya göndərməyi xahiş edib. Rusiya ilə münasibətlərinin müsbət olmasına baxmayaraq Kipr prezidenti Nikos Anastasiadisin Amerikanın onlara yeni ABŞ istehsalı olan silahlar verməsi qarşılığında təklifə müsbət yanaşacağını bildirib.

Qeyd edək ki, Ukraynaya təhvil verilməsi nəzərdə tutulan silahlar 1997-ci ildə Rusiyadan alınan köhnə sovet istehsalı silahlar olacaq.

//Nəzərbəy Hacıağayev, Editor.az